Yuxarı

Taner Yıldız: “Peşman deyilik…”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taner Yıldız: “Peşman deyilik…”

"Ümid edirəm ki, 2018-ci ilin sonunda "Şahdəniz 2" layihəsinin təbii qazını həm Türkiyədə, həm də Avropada istifadə edəcəyik".

Axar.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız çıxış edib. O, TANAP layihəsinin maksimum şəkildə ətraf mühitə zərər vermədən reallaşacağını bildirib:

"Xam neftin qiymətinin düşməsi öz növbəsində təbii qazın qiymətlərinə də təsir edir. Lakin buna baxmayaraq, biz layihənin davam etdirilməsi qənaətindəyik. Layihəni maksimum şəkildə ətraf mühitə, faunaya zərər vermədən reallaşdıracağıq. Qərb standartlarının hamısı dərhal tətbiq olunacaq. Ümid edirəm ki, 2018-ci ilin sonunda "Şahdəniz 2" layihəsinin təbii qazını həm Türkiyədə, həm də Avropada istifadə edəcəyik. Biz bu işlərdən peşman deyilik və xoşbəxtik. Türkiyənin 2040-2050-ci illərinə zəmin hazırlayırıq".

Xatırladaq ki, bu gün Türkiyədə SOCAR, BP və Türkiyənin BOTAŞ şirkəti arasında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi çərçivəsində müqavilə imzalanıb. Müaviləyə əsasən, TANAP layihəsində ARDNŞ 58, BP 12, BOTAŞ isə 30 faiz paya sahib olub.

Qeyd edək ki, TANAP layihəsinin təməlqoyma mərasimi martın 17-də Türkiyənin Qars şəhərində keçiriləcək.

Tarix
2015.03.13 / 21:32
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla