Yuxarı

ABŞ neft erasında daha bir yeniliyə imza atacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ neft erasında daha bir yeniliyə imza atacaq

"ABŞ-da şist neft yataqlarının bəzisi artıq bağlanıb, bəzilərində isə hasilat demək olar ki, aşağı düşüb".

Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban ABŞ-ın nəhəng neft şirkətlərinin neft ixracatına qoyulan qadağanın ləğv edilməsi ilə bağlı hərəkətə keçməsinə aydınlıq gətirərkən deyib. O, Amerikanın bu addımının dünyada neftin qiymətinə təsirsiz ötüşməyəcəyini bildirib:

"ABŞ-da bir sıra neft yataqlarında hasilatın azalmasına baxmayaraq, böyük yataqlarda hasilat getdikcə artır. Bundan başqa Amerikada alternativ enerji çox güclü inkişaf edir. Əsasən ən yüksək şəkildə inkişaf edən isə külək enerjisidir. Bu ölkədə enerjinin effektivlik əmsalına görə rekord göstəricilər əldə edirlər. Əvvəl tutaq ki, 1 litr neftdən müəyyən qədər enerji almaq mümkün olurdusa, indi bundan da çox enerji əldə edərək daha artıq yararlanırlar. Əsas məsələ də elə bundan ibarətdir. Fikir verin, belə olduqda ortaya əlavə-artıq enerji məsələsi çıxır ki, bunu da ya ixrac etməlidirlər, ya da idxalı azaltmalıdırlar. Belə olan halda isə Amerikaya gələn idxal başqa bazarlara yönəlir. Bax, bu başqa bazarlara yönələn neft də qlobal dünya bazarındakı neftin qiymətinə birbaşa təsir edir. Düzdür, hazırda neftin qiyməti 57 dollar civarındadır. Ancaq ikinci rüb üçün proqnozlar qiymətin nisbətən azalması yönündədir. Yəni 50 dollara, hətta bundan da aşağı düşəcəyi ilə bağlı proqnozlar var. Bu isə təqribən may ayına təsadüf edəcək".

Xatırladaq ki, 1973-cü ildə OPEK ABŞ-ın ərəblərlə müharibədə İsrailə dəstək verməsindən sonra bu ölkəyə neft ixracatı ilə bağlı embarqo tətbiq edib. ABŞ isə buna cavab olaraq, xaricə neft ixracına qadağa qoyub.

Tarix
2015.03.16 / 08:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla