Yuxarı

Neftin qiyməti psixoloji həddi keçdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin dünya bazar qiyməti 30 dollarlıq psixoloji həddi keçib. Bu gün “Brent” markalı neftin 1 barreli 31 dollar civarında təklif olunur. Neftə tələbin artması dünya iqtisadiyyatının yenidən açılması cəhdləri ilə bağlıdır.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, ABŞ və Avropa Birliyi iqtisadiyyatındakı məhdudiyyətlər aradan qaldırılacağı halda enerji məhsullarına tələb yenidən yüksələcək:

“Dünyanın ən aparıcı iqtisadi güc mərkəzi hesab edilən ABŞ-ın Prezidenti deyib ki, hətta daha çox yoluxmalar və dünyasını dəyişənlər olacağı halda belə ölkə iqtisadiyyatı açılmalıdır. Xüsusən qədim qitə iqtisadiyyatı yenidən açılarsa və daxili təyyarə uçuşları bərpa olunarsa, bu halda neftə tələbin mərhələli şəkildə artmasını müşahidə edə bilərik. Təbii ki, iqtisadiyyatdakı məhdudiyyətlər aradan qaldırılmazsa, “qara qızıl”a tələb yenidən azalacaq. Bütün hallarda, neftin dünya bazar qiyməti birbaşa aparıcı ölkələrdə sosial təcrid tədbirlərinin hansı müddətdə tam aradan qaldırılmasından asılı olacaq”.

Tarix
2020.05.06 / 14:11
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla