Yuxarı

Koronaya görə onlara 147 milyon manat verildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronaya görə onlara 147 milyon manat verildi

Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 28 213 vergi ödəyicisi və maliyyə dəstəyinə görə 113 495 fərdi (mikro) sahibkar (cəmi 141 708 vergi ödəyicisi) müraciət edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 258 349 işçini əhatə edən 28 213 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 95,51 mln. manat, o cümlədən 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,75 mln. manat təşkil edir. İyunun 3-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23 532 vergi ödəyicisinə 202 903 nəfər muzdlu işçinin əmək haqqı üzrə 86,35 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 113 495 vergi ödəyicisindən müraciət daxil olub, 106 043 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,13 mln. manat təşkil edir. İyunun 3-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 60,71 mln. manat vəsaitin 101 381 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Göründüyü kimi, iyunun 3-nə pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 147 070,3 min manat məbləğində maliyyə dəstəyi göstərilib.

Tarix
2020.06.06 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

İranda qızlar başını necə bağlayır? - Fotolar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla