Yuxarı

OPEK-dən Azərbaycana böyük dəstək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev 2014-2016-cı illərdə neft bazarında böhran zamanı neft sənayesini inkişaf etdirmək üçün OPEK və qeyri-OPEK ölkələrinə müraciət edən ilk liderlərdən olub. Azərbaycan Prezidenti OPEK və qeyri-OPEK ölkələri əməkdaşlığının güclü tərəfdarı olmağa davam edir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən (BMTM) Axar.az-a verilən məlumata görə, bu sözləri mərkəzin təşkil etdiyi “Post-COVİD-19 dövründə enerji məsələləri” adlı yüksək səviyyəli vebinar zamanı OPEK-in baş katibi Məhəmməd Sanusi Barkindo deyib.

“Çətinlik zamanı ümidsizliyə qapılmayın, büllur yağış da qara buludlardan yağır”, - deyə o, dünyanın üzləşdiyi hazırkı pandemiya ilə bağlı Azərbaycanın dahi şairi Nizami Gəncəviyə istinad edib. Mohammad Sanusi Barkindo Azərbaycanın tarixən neft sənayesinə çox böyük töhfə verdiyini və neft sənayesinin inkişafının Bakıdan başlandığını deyib. O, ötən ilin martında Azərbaycanda OPEK və qeyri-OPEK ölkələrinin nazirlərinin birgə Monitorinq Qrupunun iclası barədə qeyd edərək, bu görüşün Əməkdaşlıq Bəyannaməsi üçün çox vacib toplantı olduğunu əlavə edib. OPEK-in baş katibi Azərbaycanın Əməkdaşlıq Bəyannaməsinin üzvü olmasından məmnun olduğunu bildirib: “Azərbaycanın bu bəyannaməyə yüksək səviyyədə dəstəyi və öhdəliyi üçün təşəkkür edirəm. Azərbaycanı, həmçinin OPEK ailəsinin bir üzvü kimi görməkdən qürur duyaram”.

M.S.Barkindo tədbirin təşkilinə görə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə təşəkkür edərək bu kimi müzakirələrin mərkəzlə gələcəkdə də davam etdirəcəyinə ümid etdiyini bildirib.

Tədbirin moderatoru, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxışı zamanı bildirib ki, COVİD-19 pandemiyası nəticəsində dünya ölkələrinin iqtisadi fəaliyyətlərdə nəzərəçarpan azalmalar müşahidə olunub və bu da enerji tələbatına təsir edib. Fərid Şəfiyevin sözlərinə görə, bu böhran zamanı beynəlxalq əməkdaşlıq son dərəcə vacibdir və Azərbaycan OPEK+ üçün ən vacib tərəfdaşlardan biridir.

Energetika naziri Pərviz Şahbazov çıxışı zamanı pandemiyanın energetika sahəsində böyük çətinliklər yaratdığını deyərək dünya ictimaiyyəti üçün enerjinin gələcəyinin necə olacağının maraqlı olduğunu əlavə edib. Onun sözlərinə görə, pandemiya zamanı neft bazarı da bir sıra problemlərlə üzləşib və bu OPEC+ təşəbbüsünün gələcəkdə rolunun nə dərəcədə vacib olduğunu göstərir. Nazirin sözlərinə görə, enerji ilə bağlı 2020-ci il üçün nəzərdə tutulmuş proqnozlar sevindirici deyil: “Enerji sektorunda 400 milyard dolları məbləğində investisiya kəsiri və xərclərin 30 faizə qədər azalması gözlənilir. Bütün bunlar bizi çətin vəziyyətə gətirib çıxarıb. OPEK+ yalnız güclənərək və genişlənərək effektli olacaq. Azərbaycan olaraq biz genişlənməni dəstəkləyirik”.

Pərviz Şahbazov əlavə edib ki, Azərbaycan Əməkdaşlıq Bəyannaməsi çərçivəsində öhdəliyini 98 faiz yerinə yetirib və növbəti ay ərzində əlavə olaraq neft hasilatının təxminən 2 min 500 barel azaldılması ilə digər 2 faizin kompensasiya edilməsi planlaşdırılır.

Daha sonra çıxış edən BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli hazırda neft və qaz sahəsinin özünü xilas etmək rejimində fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, baş verən böhrana baxmayaraq, BP Azərbaycanda öz layihələrini yüksək səviyyədə həyata keçirməyə davam edəcək: “BP şirkəti 30 il ərzində üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyə hazırdır”.

ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer bildirib ki, neftdən fərqli olaraq təbii qaz COVİD-19 böhranından qalib çıxıb. Onun sözlərinə görə, bu dövrdə qaza olan tələbat artıb və təbii qaz bərpa olunan enerji mənbələrinin dostuna çevrilib. Brenda Şaffer əlavə edib ki, bununla bağlı idxal perspektivləri hələ də yüksəkdir.

Kanadada NATO Assosiasiyası təşkilatının Enerji Təhlükəsizliyi Proqramı üzrə direktoru Robert Katler çıxışı zamanı deyib ki, Cənubi Qafqaz regionunda Trans-Xəzər boru kəmərləri yenə də beynəlxalq iqtisadi gündəlikdə öz yerini tapa biləcək və region üçün ən vacib layihəyə çevriləcək.

Tədbir sual-cavab sessiyası ilə davam etdirilib.

Tarix
2020.06.11 / 23:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla