Yuxarı

Gürcü nazir azərbaycanlı iş adamlarından danışdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcü nazir azərbaycanlı iş adamlarından danışdı

Azərbaycan şirkətləri və iş adamları təkcə Gürcüstanda deyil, dünyanın əksər ölkələrində böyük uğurlar qazanıbIar.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Georgi Qaxariya jurnalistlərə açıqlamasında söyləyib.

Baş nazir deyib ki, Azərbaycan şirkətlərinin və iş adamlarının uğur qazanmaları Azərbaycan dövlətinin, hökumətinin xarici siyasətinin nəticəsidir.

Onun sözlərinə görə, Azərbaycan şirkətlərinin xarici ölkələrə yatırdığı sərmayələr, həyata keçirdikləri layihələr böyük maraq doğurur. Azərbaycan şirkətləri Gürcüstanda da böyük işlər görür, sərmayələr yatırırlar.

“Bu gün Şərq-Qərb beynəlxalq avtomobil magistralının tərkib hissəsi olan və Kutaisi dairəvi yolunun tikintisini Azərbaycan şirkətləri həyata keçirib. Tikintisinə 2019-cu ilin mart ayında başlanılmış bu yolun 2021-ci ilin yanvarında istifadəyə verilməsi nəzərdə tutulub. Lakin “Akkord”un Gürcüstan nümayəndəliyi bu layihəni 6 ay tez başa çatdırıb. Biz bunu yüksək qiymətləndiririk. Bu həm də Azərbaycan şirkətlərinin işinin səmərəliliyinin göstəricisidir və bir daha sübut edir ki, Azərbaycan etibarlı tərəfdaşdır”, – deyə Qaxariya vurğulayıb.

Gürcüstan hökumətinin başçısı bundan sonra da Azərbaycan şirkətləri ilə səmərəli əməkdaşlıq ediləcəklərini bildirib.

Tarix
2020.07.03 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

Şimali Kipr də Azərbaycanı təbrik etdi

Şuşada Ərdoğanın qarşılanmasına hazırlıq... – Video

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Qələbələrin daim olsun, Can Azərbaycan - Çavuşoğlu

Ərdoğanı şəxsən İlham Əliyev qarşıladı - Video

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla