Yuxarı

Dollar kəskin ucuzlaşır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dollar kəskin ucuzlaşır

ABŞ-ın Əmək Nazirliyinin ölkədə məşğulluq səviyyəsini açıqlamasından sonra dollar dünyanın aparıcı valyutaları qarşısında ucuzlaşmağa başlayıb.

Axar.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, 1 ABŞ dolları yapon yeni qarşısında 0,6 faiz ucuzlaşaraq 118,97 yen olub.

1 avro isə 0,8 faiz artaraq 1,0969 dollar olub. 1 funt sterlinq 0,6 faiz bahalaşaraq 1,4920 dollar təşkil edib.

Qeyd edək ki, ABŞ-da məşğulluq artımı 1 il sonra ilk dəfə 200 mindən aşağı düşüb və 126 min olub. ABŞ-da işsizlik səviyyəsi hazırda 5,5 faizdir. Bu isə ABŞ Mərkəzi Bankının faiz artımını ilin sonuna qədər təxirə salacağı ehtimalını artırır. Faiz artımının təxirə düşməsi isə dolları ucuzlaşdırır. Bank rəsmiləri daha öncə faiz artımının pilləli şəkildə tətbiq olunacağını və inflyasiya məlumatlarına uyğun addım atılacağını bildiriblər.

Tarix
2015.04.04 / 12:45
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla