Yuxarı

Neft Fondu rus rublundan imtina etməyəcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft Fondu rus rublundan imtina etməyəcək

Bu ilin əvvəlinə Dövlət Neft Fondunun (ARDNF) Rusiyadakı investisiya portfeli 568 milyon dollar məbləğində qiymətləndirilir.

Fins.az-ın verdiyi məlumata görə, bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov məlumat verib.

Onun sözlərinə görə, söhbət Moskvada alınmış daşınmaz əmlakdan və Rusiyanın "VTB" bankının səhmlərindən gedir ki, bu da ümumi investisiya portfelində 1,5% paya malikdir.

Son vaxtlar Rusiya iqtisadiyyatında yaranmış problemlər bu ölkəyə qoyulmuş pulların gəlirliliyini aşağı salsa da, Fond investisiya siyasətində Rusiya rublundan imtina etmək fikrində deyil. Baş verənləri geopolitik risklərlə izah edən Şahmar Mövsümov bildirib ki, bu investisiyalar uzunmüdətli xarakter daşıyır və müəyyən dövrdən sonra özünü doğrulda bilər:

"Rusiyanın "VTB" bankı aktivlərinin həcminə görə ölkənin 2-ci bankıdır. ARDNF-lə yanaşı bu banka Norveç Fondu və Qətər Suveren Fondu kimi iri maliyyə qurumları da pul qoyub".

Xatırladaq ki, 2014-cü ilin yekunlarına görə, ARDNF-in aktivləri 37,1 milyard dollar təşkil edib. Fondun investisiya portfeli isə 36,74 milyard dollar olub.

Tarix
2015.04.07 / 13:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla