Yuxarı

Kapital Bank tender qarantiyalarına endirimlər elan etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kapital Bank tender qarantiyalarına endirimlər elan etdi

Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına, həmçinin bu sahədə çalışanlara endirimli şərtlər təklif etməklə öz töhfəsini verir. Bu dəfə Kapital Bank-a müraciət edən sahibkarlar tender qarantiyaları üzrə komissiyalara endirimlər əldə edə biləcəklər.

Axar.az xəbər verr ki, şərtlərə görə, tender qarantiyaların birdəfəlik komissiyasına 50% endirim tətbiq edilir. Belə ki, müştərilər tender təminat məktubu əldə etdikləri zamanı isə cari birdəfəlik komissiyanın yalnız 50%-ni ödəyəcəklər. Aksiya 24 avqust 2020-ci il tarixədək davam edəcək.

Sahibkarlar tender qarantiyalarını Kapital Bank-ın istənilən filialından 1 iş günü ərzində təminatsız şəkildə əldə edə bilərlər. Tender qarantiyalarını Kapital Bank-dan əldə etməyin əsas üstünlüklərindən biri də təqdim olunan təminat məktublarının istənilən benefisiar tərəfindən tanınıb, qəbul edilməsidir.

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlar üçün hər zaman yeni məhsullar, kampaniyalar təqdim edir və müştərilərə xidmət keyfiyyətinin yüksək səviyyədə saxlanılması istiqamətində davamlı işlər aparılır.

Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən Ticarət filialı və Binə TM-dəki Lökbatan şöbəsində fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı fərdi müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.

Bankın KOS seqmenti üçün təqdim etdiyi məhsul və xidmətlər barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytında “Biznes üçün” bölməsinə, (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2020.07.24 / 15:51
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla