Yuxarı

“Dolların bahalaşması ABŞ-ın əməliyyatıdır”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Dolların bahalaşması ABŞ-ın əməliyyatıdır”

"Dünya valyuta bazarında öz yeri olan dollar hər zaman qüvvədə olub, bundan sonra da olacaq".

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın İqtisadiyyat nazirinin sabiq müavini, iqtisadçı ekspert Oktay Haqverdiyev dünya bazarında dolların sürətlə bahalaşmasına münasibət bildirərkən deyib. O, bu bahalaşmanın bundan sonra da davam edəcəyini açıqlayıb:

"Hazırda dolların ən təsirli rəqibi avrodur. Funt sterlinq o qədər də işlək deyil. ABŞ-ın iyun ayında uçot dərəcəsini artırmaq istəməsi ölkənin daxili, iqtisadi və maliyyə siyasəti ilə bağlıdır. Belə ki, dolların məzənnəsi aşağı düşsə, demək, onlar öz ixraclarını stimullaşdırmaqla sahibkarlığın inkişafına təkan vermək istəyirlər. Əksinə, bahalaşma olarsa, demək ki, tələbatdan çox istehsal olunmasının qarşısnı almaqla qiymətlərin aşağı düşməsin önləmək istəyirlər. Bu, eyni zamanda, avro ölkələri üçün daha əlverişli olardı. Dolların güclü olması böyük iqtisadiyyatla ölçülür. Dünya iqtisadiyyatının 23 faizi bir ölkədə - Amerikadadır. Eyni zamanda dünya iqtisadiyyatının ehtiyacının 40 faizini demək olar ki, Amerika istehlak edir. Harmonik, müasir və çoxşaxəli iqtisadiyyata malik bir ölkənin valyutasının hazırkı dönəmdə güclü olması çox təbiidir. Buna görə də hesab edirəm ki, bu bahalaşma bundan sonra da davam edəcək".

Tarix
2015.04.10 / 09:46
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Qələbələrin daim olsun, Can Azərbaycan - Çavuşoğlu

Ərdoğan Azərbaycana gəldi

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla