Yuxarı

85 min ton Bakı nefti Belarusa göndərildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan Belarusa yola düşən neft tankeri avqustun 4-5-də Odessa limanına gələcək.

Axar.az xəbər verir ki, bu barədə Belarusun “Belneftekim” konserninin mətbuat katibi Aleksandr Tişenko açıqlama verib.

“Avqustun 2-də 85.000 ton Azərbaycan nefti olan bir tanker Supsadan çıxıb. Avqustun 4-5-də Yujnı limanına gəlişi gözlənilir”, - Tişenko bildirib.

Xatırladaq ki, ilin əvvəlində Minsk və Moskva arasında Rusiya neftinin respublikaya tədarükü ilə bağlı yaranan fikir ayrılıqlarına görə Belarus alternativ tədarükçülərdən xammal almağa başlayıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti artıq Mozırdakı neftayırma zavoduna 420.000 ton neft tədarük edib. Ümumilikdə bu il Belarus ARDNŞ-dən 1 milyon tona qədər neft ala bilər. Bununla yanaşı, Rusiya neft şirkətləri Belarusa 2020-ci ilin yanvar-iyul aylarında 6,14 milyon ton neft tədarük edib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 37,4% azdır.

Tarix
2020.08.03 / 19:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla