Yuxarı

Neftin bahalaşma səbəbi açıqlandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neftin bahalaşma səbəbi açıqlandı

"Neftin qiyməti Almaniyanın iqtisadi statistikasına görə bahalaşır".

Axar.az xəbər verir ki, bu açıqlama ilə "CMC Markets"in baş strateqi Maykl Makkarti çıxış edib.

Onun sözlərinə görə, Almaniyanın ixracatında və istehsal sənayesində artım neftin qiymətinə ən mühüm təsir edən amildir:

"Son günlərin göstəriciləri müəyyən müddət bazarı rahatlaşdırdı və situasiyanın investorların planlaşdırdığı kimi elə də pis olmadığı bəlli oldu. Həmçinin burada İran amili də var. Xameneyinin son çıxışından sonra bəlli olur ki, razılıq əldə olunsa belə, sanksiyalar xeyli sonra götürüləcək. Ona görə İran nefti iki həftə öncə planlaşdırıldığından fərqli olaraq, bazara tez müddətdə qayıtmayacaq".

İranın Ali Dini lideri Xameneyi dünənki çıxışında sanksiyaların dərhal ləğv edilməsini istəmişdi.

Hazırda "Brent" markalı neftin qiyməti 56,65 dollardır.

Tarix
2015.04.11 / 09:10
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla