Yuxarı

Ölkəmizdə yeni qurum yarandı: hansı işləri görəcək?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizdə yeni qurum yarandı: hansı işləri görəcək?

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilk növbədə dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəli istifadə olunması, qənaət edilməsi, şəffaflığın artırılmasına xidmət edəcək. Eyni zamanda, ölkədə özəl sektoru inkişaf etdirməklə iqtisadiyyatda sağlam rəqabətin gücləndirilməsinə gətirib çıxaracaq.

Bunu Axar.az-a açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar Bayramov Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqda Prezident fərmanından danışarkən deyib. Millət vəkili bildirib ki, bu gün Azərbaycanda dövlət müəssisələrinin rolu kifayət qədər böyükdür:

“Belə ki, hazırda ölkədə məşğulluğun 25 faizi dövlət müəssisələrinin payına düşür. Dövlət müəssisələri vergi daxilolmalarının formalaşmasında da xüsusi rola malikdir.

Dövlət İnvestisiya Holdinqinin yaradılması dövlət müəssisələrinin fəaliyyətinin təkminləşdirilməsi, şəffaflığın artırılması baxımından çox vacibdir. Bu bizə korporativ idarəetmə metodlarını dövlət idarəetmə müəssisələrində tədbiq etməyə imkan yaradacaq. Bu holdinq hesabatlığı artıracaq, həmçinin ictimai nəzarət imkanlarının da genişlənməsinə gətirib çıxaracaq. Holdinq konkret olaraq səmərəliliyi, şəffaflığı ölçən meyarlardan istifadə edəcək ki, bu da praktiki olaraq hər bir dövlət müəssisəsinin fəaliyyətinin qiymətləndirilməsində önəmlidir”.

Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan İnvestisiya Holdinqi dövlət müəssisələrinə ixrac imkanları da yaradacaq:

“Holdinqin əsas vəzifələrindən biri ixrac imkanlarının genişlənməsi yönündə təkliflər hazırlamaq və dövlət müəssisələrinin bundan istifadə etməsi üçün zəruri şərait formalaşdırmaqdır. Holdinq yeni ixrac bazarlarının tapılması, rəqabət qabiliyyətli məhsulların istehsalının genişləndirilməsi və ixrac edilməsi baxımından çox vacib rol oynayacaq. Nəticə etibarilə bu holdinqin yaradılması dövlət müəssisələrinin fəaliyyətinin genişləndirilməsi hesabına həmin müəssisələr tərəfindən investisya qoyuluşlarına gətirib çıxaracaq”.

Tarix
2020.08.08 / 15:46
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla