Yuxarı

Epidemiya imkan verən kimi Bakı ilə... - Havrilet

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Epidemiya imkan verən kimi Bakı ilə... - Havrilet

Rumıniya Cənub Qaz Dəhliz"nin son seqmentinin tikintisinin başa çatmaqda olduğunu nəzərə alaraq ümumi epidemioloji vəziyyət imkan verən kimi Azərbaycan tərəfi ilə danışıqları bərpa etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu sözləri Rumıniya İqtisadiyyat, Energetika və Biznes mühiti Nazirliyinin Dövlət katibi Nikulae Havrilet deyib.

O bildirib ki, Rumıniya və Azərbaycan çox möhkəm enerji tərəfdaşlığına malikdir və bu tərəfdaşlıq ölkələr arasında strateji əlaqələrin tərkib hissəsidir.

Dövlət katibinin sözlərinə görə, Rumıniya Azərbaycanın Avropaya qaz tədarükünün təhlükəsizliyin təmin olunmasında vacib rolunu qəbul edir:

"Rumıniya əvvəldən Cənub Qaz Dəhlizinin daimi və qəti tərəfdarı olub. Bu layihə artıq sona çatmaq üzrədir və şübhəsiz ki, Avropa bazarına tədarük mənbələrinin və marşrutlarının şaxələndirilməsi üçün vacib əhəmiyyət daşıyır".

N.Havrilet qeyd edib ki, Rumıniya öz növbəsində Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya (BRUA) boru kəmərinin tikintisi layihəsini reallaşdırmaqla enerji infrastruktur layihələri xəritəsində öz mövqeyini möhkəmləndirəcək.

Tarix
2020.08.12 / 00:15
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla