Yuxarı

OPEK Azərbaycanla bağlı hesabatını açıqladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

OPEK 2020-ci il üçün Azərbaycanda gündəlik ortalama neft hasilatı üzrə proqnozunu azaldıb.

Axar.az xəbər verir ki, OPEK bu il üçün ölkədə gündəlik orta neft hasilatının 0,07 milyon/barrel azalaraq 0,72 milyon barrel/sutka olacağını proqnozlaşdırır.

Yeni proqnoza əsasən, 2021-ci ildə də Azərbaycanın gündəlik ortalama neft hasilatı 0,72 milyon barrel/sutka səviyyəsində qalacaq.

May və iyun aylarında Azərbaycanda xam karbohidrogen hasilatı əvvəlki ayla müqayisədə müvafiq olaraq 0,11 milyon və 0,02 milyon barrel/sutka azalıb. İyun ayında hasilatın azalması 0,68 milyon barrel/sutkaya bərabər olub.

May ayında xam neft hasilatı 111 min barrel/sutka azalaraq 0,57 milyo barrel, iyun ayında 20 min barrel/sutka azalaraq 0,55 milyon barrel təşkil edib. İyul ayında isə xam neft hasilatı ötən ayla müqayisədə dəyişməz qalaraq 0,55 milyon barrelə bərabər olub.

Qeyd edək ki, aprelin 9-da OPEK və qeyri-OPEK ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.

Tarix
2020.08.12 / 20:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla