Yuxarı

Azərbaycan startapları kraudfandinqə çıxarılacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan startapları kraudfandinqə çıxarılacaq

Ölkəmizdə innovasiya ekosisteminin inkişafı prosesində yaxından iştirak edən Azərbaycan Beynəlxalq Bankı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin keçirdiyi startap layihələri müsabiqəsinə də dəstək verib. İlk mərhələdən keçmiş 10 layihə münsiflər heyətinə təqdim olunub. Onlar arasından 5 qalib seçilib.

Axar.az xəbər verir ki, belə bir müsabiqənin məqsədi ölkəmizdə Kraudfandinqin inkişafına kömək göstərməkdir. Kraudfandinq ən müasir maliyyələşmə mexanizmlərindən sayılır. Bu, hər hansı layihənın kollektiv maliyyələşdirilməsi metodudur. Startapların, kiçik biznes layihələrinin maliyyələşdirilməsində, xeyriyyə kampaniyalarında, mədəniyyət aksiyalarında bu metoddan geniş istifadə edilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə reallaşdırdığı bu təşəbbüs ölkəmizdəki startapçıların da Kraudfandinqin imkanlarından faydalanmasına şərait yaradacaq. Müsabiqənin qaliblərinə marketinq, biznes dəstəyi veriləcək. Onlara peşəkar təqdimatların hazırlanmasında kömək göstəriləcək.

Növbəti mərhələdə isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin EnterpriseAzerbaijan portalı həmin layihələri beynəlxalq Kraudfandinq platforması olan “Kickstarter”-də yerləşdirəcək. Beləliklə, bu startapların kollektiv maliyyələşdirilməsi üçün Kraudfandinq kampaniyasına start veriləcək.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə startaplara dəstək məqsədilə özünün IBA İnnovasiya Mərkəzini də yaradıb. Bir neçə startap layihəsi hazırda burada inkubasiya mərhələsindədir. Mərkəz haqqında ətraflı məlumatlarla buradan tanış ola bilərsiniz.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2020.08.14 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla