Yuxarı

ABB-dən “Neftçilər günü”nə özəl endirimli kredit

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB-dən “Neftçilər günü”nə özəl endirimli kredit

Azərbaycan Beynəlxalq Bankı 20 sentyabr “Neftçilər günü”nə özəl olaraq neft-qaz sektorunda çalışan müştərilər üçün kredit kampaniyası elan edib.

Axar.az xəbər verir ki, bankın əmək haqqı kartına malik hər bir neft-qaz sənayesi işçisi və bu sektora xidmət göstərən podratçı şirkətlərin əməkdaşları kampaniya müddətində nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankından illik 18%-lə ala bilərlər.

Kampaniyanın özəllikləri:

Məbləğ - 20 000 manatadək

Müddət - 48 ayadək

İllik faiz dərəcəsi: - 18%

Komissiya haqqı - yoxdur

Kampaniya 14 sentyabrdan 25 sentyabra qədər keçərlidir. Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrindən almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əməkhaqqı kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də Bankdan nağd pul kreditini sifariş vermək olar. Bundan başqa, Bankın mobil əlavəsində də kredit sifarişi vermək mümkündür. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.

Müştərilər bu endirimli kredit imkanından faydalanmaqla yanaşı, TamKart VISA Classic və TamKart Mastercard Standard kartlarını da heç bir xidmət haqqı ödəmədən Bankdan ala bilərlər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2020.09.15 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla