Yuxarı

Neft bazarında canlanma olacaq - Baş katib

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ilə qədər qlobal neft bazarında cüzi canlanma müşahidə ediləcək.

Axar.az xəbər verir ki, bu sözləri OPEK-in Baş katibi Məhəmməd Sanusi Barkindo sentyabrın 16-da OPEK-ə üzv və kartelə üzv olmayan ölkələrin (OPEK+) Birgə Texniki Komitəsinin (JTC) videokonfrans formatında keçirilən 44-cü iclasında deyib.

“Bu, tələbat artımı gözləntiləri ilə əlaqələndirilir və “Əməkdaşlıq Bəyannaməsi” üzrə istehsal kvotalarına düzəlişlərlə dəstəklənir”, - deyə o bildirib.

OPEK-in baş katibi mövcud problemlər qarşısında səbir göstərməyi məsləhət bilib.

“Yadda saxlamalıyıq ki, bərpa prosesi iqtisadiyyatın və xüsusilə də neft bazarının cari il yaşadığı tənəzzül qədər sürətli olmayacaq. Qeyri-müəyyənliyi nəzərə alaraq, sayıq qalmalıyıq”, - deyə M.Barkindo vurğulayıb.

Qeyd edək ki, JTC OPEK+ Nazirlərinin Birgə Monitorinq Komitəsinə (JMMC) neft bazarındakı inkişaflarla bağlı tövsiyələr verir. JMMC-nin növbəti iclası sentyabrın 17-də videokonfrans formatında keçiriləcək.

Xatırladaq ki, OPEK+ üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan avqustda sutkada xam neft hasilatını 133,4 min barrel azaldıb. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, “Azəri-Çıraq-Günəşli”də 567 min barreldən azaldılaraq 461 min barreldə, SOCAR (“Azneft” İB, birgə müəssisələr və əməliyyat şirkətləri) üzrə isə 151 min barreldən ixtisar edilərək 126 min barrel həcmində saxlanılmalıdır.

12 aprel tarixli OPEK+ razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.

Tarix
2020.09.16 / 19:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla