Yuxarı

“Küləklər şəhəri” Bakı buna imkan yaradır - Deputat

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Küləklər şəhəri” Bakı buna imkan yaradır - Deputat

Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması ölkəmizdə alternativ enerji mənbələrindən istifadəni təmin edəcək. Bu gün əksər ölkələr ənənəvi enerjidən imtina edərək, ekoloji baxımdan daha təmiz enerji mənbələrini seçir. Bu mənada ölkəmiz də bu istiqamətdə dünya dövlətləri ilə ayaqlaşmalıdır.

Bu sözləri Axar.az-a iqtisadçı alim, millət vəkili Vüqar Bayramov Prezidentin sərəcanmı ilə yaradılan Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqda danışarkən deyib.

Millət vəkilinin sözlərinə görə, bərpa olunan enerji mənbələrinin əldə olunması, eyni zamanda artırılması ölkəmiz üçün əsas prioritetlərdən biridir:

“Artıq ənənəvi enerji resurslarından istifadə edilməsindən bərpa edilən enerji resurslarına keçid həyata keçirirlər. Baxmayaraq ki, Azərbaycan neft ölkəsidir, bununla belə bərpa olunan enerjinin ümumi istehsal payının artırılması əsas hədəflərdən biridir. Bu məsələ ilə bağlı 2033-cü ilədək konkret hədəflər müəyyənləşib.

Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması ekoloji baxımdan təmiz, o cümlədən özəl sektorun yaxından iştirak etdiyi enerji istehsalının təmin olunmasına imkan yaradacaq.

Azərbaycan günəş, külək enerjisi baxımdan kifayət qədər üstün coğrafi mövqeyə malik ölkədir. Nəzərə almaq lazımdır ki, ilin əksər günlərində ölkəmizdə bol günəş və külək olur. Hətta Bakı bu səbəbdən “küləklər şəhəri” adlanır. Bu agentliyin yaradılması həm bu enerjidən istifadə potensialını artıracaq, həm də növbəti illərdə istifadə olunan enerjinin bərpa olunmasını təmin edəcək”.

Tarix
2020.09.23 / 17:12
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İlkin nəticələr açıqlandı: Orban uduzdu

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

İran atəşkəsə getməklə taktiki üstünlüyünü itirdi

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla