Yuxarı

Bank “Elektron Hökumət”lə əməkdaşlığa başladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bank “Elektron Hökumət”lə əməkdaşlığa başladı

"DəmirBank" "Elektron Hökumət" portalı ilə əməkdaşlığa başlayaraq kreditlərin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə etməyi təklif edir.

Bankdan Axar.az-a daxil olan məlumata görə, müvafiq müqavilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və "DəmirBank" arasında imzalanıb. Kredit əldə etmək üçün arayışlar artıq daha sadələşdirilmiş formada, elektron şəkildə təqdim edilə bilər. Bunun üçün müştəri www.e-gov.az elektron hökumət portalına daxil olaraq "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə elektron arayışı formalaşdırır və banka göndərir. Elektron portala daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar. Kod parolu almaq üçün vətəndaş elektron portalda onlayn qeydiyyat xidmətindən istifadə edə bilər. Kod parolları həmçinin Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrində ödənişsiz olaraq əldə etmək mümkündür.

Müqavilə şərtlərinə əsasən, vətandaşlar tərəfindən elektron arayışların formalaşması üçün bankın filiallarında xüsusi texniki imkanlar yaradılıb. Belə ki, müştəri yalnız şəxsiyyət vəsiqəsilə banka yaxınlaşaraq iş yerindən arayışı və həmçinin kreditin sənədləşdirilməsi üçün digər zəruri arayışları bankda quraşdırılmış xüsusi kompyuterlər vasitəsilə formalaşdıra bilər.

Göndərilən arayışlar "Elektron hökumət" tərəfindən onlayn qaydada imzalanır. Bankla iş tarixçəsindən və ödəniş qabiliyyətindən asılı olaraq ona nağd kredit, Dəmirtaksit kartları və digər kredit məhsulları təqdim edilə bilər.

Tarix
2015.04.23 / 18:40
Müəllif
Məmməd Rauf
Digər xəbərlər

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyən qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla