Yuxarı

“Bu ölkələr hərəkətə keçərsə, neft...”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu ölkələr hərəkətə keçərsə, neft...”

"Neftin Yəməndə ərəb ölkələrinin hərbi əməliyyatları başa çatdırmasına görə ucuzlaşması ən sonuncu amillərdən biridir".

Bu barədə Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib. O, bəzi ölkələrin dünya bazarına girməsinin neft amilini dibə çəkəcəyini açıqlayıb:

"Yəməndə iki həftədən çox ciddi münaqişə olsa da, bu, neftin dünya bazarındakı qiymətinə ciddi təsir göstərmədi. Əslində, məntiqlə neftin qiyməti döyüşlər gedən zaman kəskin artmalı idi. Sadəcə olaraq, Yəməndəki münaqişənin körfəz və boğazlardan, xüsusilə də Hörmüz boğazından və kanallardan keçən neft tankerlərinə müəyyən dərəcədə maneçilik yaratma qorxusu var idi. Buna görə də psixoloji cəhətdən neftin qiymətinə çox cüzi təsir göstərmişdi. Münaqişə dayandıqdan sonra da kəskin enmələr olmadı. Brent markalı neft 63 dollar civarında qalmaqdadır. Yəni Yəmən proseslərinin hazırkı situasiyada neft amilinə təsiri nəzərə çarpacaq dərəcədə deyil. Neft bazarına təsir edən başqa ciddi amillər var ki, indi bu amillərin təsiri ilə neft dünya bazarında 60-62 dollar arasında satılır. Yaxın gələcəkdə neft bazarında qiymətlərə aşağı yöndə təsir edəcək amillərin sayı daha çoxdur. Çünki iyunda İranla son anlaşma imzalanacaq. İranın neft bazarına daha rahat girməsinə şərait yaradılacaq. Artıq qarşıya belə bir hədəf qoyulub. İran kimi ciddi bir oyunçunun iyundan sonra bazara girməsi neft qiymətlərinə aşağı yöndə təsir göstərəcək. Bundan başqa Liviyada, İraqda hasilatın artması da neft bazarını aşağı çəkəcək. Ola bilsin, hətta yenidən neft bazarında 50 dollardan da aşağı qiymətlərin şahidi olaq".

Tarix
2015.04.24 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla