Yuxarı

ABB-dən onlayn köçürmə ilə ordumuza dəstək imkanı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Torpaqlarımızın işğaldan azad edilməsi üçün Ermənistan silahlı birləşmələrinə qarşı rəşadətlə döyüşən ordumuza dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankı daha bir addım atıb. Çoxsaylı vətəndaşlarımızın bu günlərdə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürmək üçün kütləvi müraciətlərini nəzərə alaraq Bank bu köçürmələri onlayn qaydada aparmaq imkanı yaradıb.

Axar.az xəbər verir ki, Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələri indi Azərbaycan Beynəlxalq Bankının bu xidməti üzərindən yerinə yetirmək olar. Ölkənin ən böyük kommersiya qurumlarından olaraq Azərbaycan Beynəlxalq Bankı özü də dünən Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirilib: “Bütün mənəvi və maddi dəstəyimizlə qəhrəman hərbçilərimizin yanındayıq. Bu günlərdə torpaqlarımızın azadlığı uğrunda ordumuzun sıralarına qoşulanlar arasında Bankımızın çoxsaylı əməkdaşları da var. Hər gün yüzlərlə vətəndaş Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürməkdən ötrü Azərbaycan Beynəlxalq Bankının filiallarına müraciət edir. Bunun özü də cəmiyyətimizdəki qələbə ruhunun bir göstəricisidir. Biz isə Fonda vəsaitlərin köçürülməsi prosesini asanlaşdırmaqdan ötrü onlayn həllərimizi vətəndaşlarımızın istifadəsinə verdik. Bu tarixi günlərdə ordumuzun zəfəri üçün hər bir vətəndaşımız əlindən gələni edir. Əminik ki, belə bir həmrəyliklə Qələbə tezliklə bizim olacaq”.

Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi silahlı qüvvələrimizin müasir tələblərə uyğun inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin təşkilinə köməkdir.

Tarix
2020.10.01 / 11:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla