Yuxarı

Xəzərdə oyun: Rusiya kobud, İran isə incə...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərdə oyun: Rusiya kobud, İran isə incə...

"İran Türkmənistanın Rusiya asılılığını azalda bilər".

Axar.az xəbər verir ki, bu açıqlama ilə REAL İdarə Heyətinin üzvü Erkin Qədirli çıxış edib.

Onun sözlərinə görə, Türkmənistanla İran yaxınlaşmasının Azərbaycana xeyri olmayacaq:

"İranın xarici siyasəti həmişə incə olub. Rusiya kimi İran da Transxəzər qaz layihəsinə qarşıdır. Amma Rusiyadan fərqli olaraq, İran Azərbaycanı və Türkmənistanı hədələmir (hər halda ABŞ-dan çəkinəcəkləri və umacaqları var). Türkmənistana deyir ki, boruya əlavə xərc çəkmə, qazı hələlik mənə sat, pulunu bəri başdan al. ABŞ-la anlaşandan sonra isə qazını mənim üzərimdən dünya bazarına çıxar. Buna nail ola bilsə, İran Türkmənistanın Rusiyadan asılılığını azalda bilər. Amma bunun Azərbaycana xeyri olmayacaq. Rusiya kobud, İran isə incə yollarla öz maraqları baxımından Xəzərdə oyun qurur. Bu oyununun bizim maraqlarımıza uyğun olmadığı aydındır. Eyni zamanda, bu, ABŞ-İran yaxınlaşmasının içində bizim üçün potensial təhlükə yarada biləcək gedişatlardan biri ola bilər".

Tarix
2015.04.30 / 09:36
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla