Yuxarı

Gəncədə axtarış işləri yekunlaşdı - FHN

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə axtarış işləri yekunlaşdı - FHN

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində Gəncədə dağılmış evlərdə axtarış-xilasetmə işləri yekunlaşması ilə bağlı məlumat yayıb.

FHN-dən Axar.az-a verilən məlumatda humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 01 radələrində Gəncəni yenidən raket atəşinə tutması nəticəsində yaşayış evlərinə düşən raketlərin həmin evləri tamamilə dağıtdığı, sakinlərin dağıntılar altında qaldığı vurğulanıb.

Qeyd edilib ki, dərhal əraziyə FHN-in müvafiq qüvvələri, o cümlədən nazirliyin Gəncə Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Hazırkı vəziyyətə görə, dağıntılar altından ümumilikdə xəsarət almış 53 nəfər və 13 nəfərin cəsədi çıxarılıb.

Aidiyyəti qurumların məlumatına əsasən, dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.

Qeyd edək ki, FHN hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

Tarix
2020.10.18 / 14:46
Müəllif
Axar.az
Digər xəbərlər

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla