Yuxarı

Prezident qarşımıza vəzifə qoyub ki... – Baş bankir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident qarşımıza vəzifə qoyub ki... – Baş bankir

Bizim kifayət qədər ehtiyatlarımız var ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra tez bir zamanda Azərbaycan iqtisadiyyatının artımını bərpa edək, inkluziv artım yoluna çıxaq.

Axar.az xəbər verir ki, bunu AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

“Prezident tərəfindən növbəti 10 ildə iqtisadi potensialımızı 2 dəfə artırmaq vəzifəsi qoyulub. Hesab edirik ki, bu hədəf kifayət qədər realdır. Lakin yeni bir faktı qeyd etmək istəyirəm ki, o da Prezidentin azad olunmuş torpaqların tam bərpası proqramıdır ki, bu da olduqca böyük miqyaslı proqramdır.

Bu proqramın realizasiyası ilə işğaldan azad edilən torpaqlarımızın təbii resursları iqtisadi dövriyyəyə qaytarılacaq, həyata keçiriləcək nəhəng investisiya proqramları və yaradılacaq yeni iş yerləri iqtisadi artımımıza əhəmiyyətli impuls verəcək”, - o bildirib.

Tarix
2020.10.20 / 23:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla