Yuxarı

Deputat Ordumuzun düşmənə vurduğu zərəri açıqladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fitch” beynəlxalq agentliyi tərəfindən kredit reytinqi aşağı salınan işğalçı ölkə Ermənistanı post-savaş dövründə daha çətin günlər gözləyir.

Axar.az xəbər verir ki, bu fikirləri Füzuli rayonundan seçilən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

“Ali Baş Komandanımız oktyabrın 20-də xalqa müraciəti zamanı Şanlı Ordumuz tərəfindən işğalçı ölkənin silahlı qüvvələrinə məxsus çoxlu sayda silah və texnikanın məhv edildiyini bildirdi. Bizim ilkin qiymətləndirmələrimizə əsasən, Azərbaycan Ordusu tərəfindən məhv edilən və qənimət kimi götürülən ermənilərin silah və texnikasının ümumi dəyəri 2.4 milyard dollardan çoxdur.

Bu, Ermənistanın 2 milyard dollarlıq valyuta ehtiyatlarından artıq olmaqla yanaşı, işğalçı ölkənin ümumi büdcə gəlirləri qədərdir. Şanlı Ordumuz savaşın ilk 24 günündə Ermənistana illik büdcə gəlirləri qədər ziyan vurub.

Əgər həmin silahlar kasıb Ermənistana borc olaraq verilibsə, o zaman işğalçı ölkənin ümumi xarici borcu 10 milyard dolları keçəcək. Bu isə xarici borcun ümumi daxili məhsulun 80 faizinə yaxınlaşmasına səbəb olacaq”.

Tarix
2020.10.21 / 12:55
Müəllif
Gülnarə Kazımova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla