Yuxarı

Müharibədən sonrakı dövr: İrəvanı nə gözləyir? – Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibədən sonrakı dövr: İrəvanı nə gözləyir? – Şərh

Ermənistan iqtisadiyyatı savaşın ilk günlərindən mövcud duruma reaksiya verməyə başlayıb.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, savaşın ilk günlərində Ermənistanda milli valyutası aparıcı valyutalara nisbətdə dəyərini itirməyə başlayıb:

“Artıq Ermənistanda inflyasiya səviyyəsinin yüksəlməsi qeydə alınıb. Son həftə ərzində Ermənistan parlamenti dövlət büdcəsinə baxaraq, rəsmi İrəvanın xarici borc limitinin artırılması ilə bağlı qərar qəbul edib. Ermənistan əslində daha çox emissiya və ya xarici borclanmaya getməsi ilə hazırda müşahidə edilən iqtisadi və sosial problemləri müəyyən qədər səngitməyə çalışır. Ermənistan iqtisadiyyatı da buna reaksiya verir”.

Millət vəkili bildirib ki, istehlak bazarında müşahidə edilən qiymət artımı da Ermənistan iqtisadiyyatında ciddi problemlərin olmasından xəbər verir:

“Ermənistanda bir sıra supermarket və şirkətlər erməni ordusuna "yardımlar"ını istehlak bazarında öz məhsullarının qiymətini artırmaqla Ermənistan vətəndaşlarının hesabına kompensasiya edirlər. Bu da təbii ki, Ermənistanın istehlak bazarında qiymətlərin artmasına və inflyasiya səviyyəsinin yüksəlməsinə gətirib çıxarır”.

V.Bayramov növbəti dövrlərdə də Ermənistanda qiymət artımının davam edəcəyinin gözlənildiyini qeyd edib:

“Ermənistan üçün postsavaş dövrü iqtisadi baxımdan kifayət qədər ağır bir dövr olaraq qiymətləndirilir. Aparıcı beynəlxalq qiymətləndirici şirkətlər Ermənistanın kredit reytinqini azaldır. Bu isə ondan xəbər verir ki, növbəti dövrlərdə Ermənistan iqtisadiyyatında daha böyük tənəzzül müşahidə edəcəyik. Bu da Ermənistanda yoxsulluq həddinin daha da dərinləşməsinə gətirib çıxaracaq”.

Tarix
2020.10.26 / 08:00
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla