Ana səhifə İqtisadiyyat |
"Energocredit" layihəsi çərçivəsində "DəmirBank" elektrik enerjisinə qənaətli texniki və məişət avandanlıqları alan müştərilərə həmin avadanlıqları almaq üçün kredit verməklə yanaşı, kredit məbləğinin 10%-ni nağd şəkildə müştərinin özünə geri ödəyir.
Bankdan Axar.az-a daxil olan məlumata görə, enerjiyə qənaət edən soyuducular, paltaryuyan maşınlar, kondisioner sistemləri almaq istəyən istər fiziki, istərsə də sahibkarlar və hüquqi şəxslər maliyyələşdirmə üçün "DəmirBank"ın istənilən filialına müraciət edə bilər. Bununla yanaşı, müştərilərə enerjiyə qənaət edən məhsulların qənaət imkanlarının dəyərləndirilməsində pulsuz tekniki dəstəkdən yararlanmaq imkanı da verilir.
"Energocredit" layihəsi Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən hazırlanıb və onlar tərəfindən dəstəklənir. Eyni zamanda, layihəni Avropa Birliyi Qonşuluq İnvestisiya Mexanizmi, AYİB Səhmdarlarının Xüsusi fondu və Avstriya Maliyyə Nazirliyi dəstəkləyir.
Qeyd edək ki, "DəmirBank" "Energocredit" layihəsinə ötən ilin sentyabr ayından qoşulub. AYİB layihəni gerçəkləşdirmək üçün "DəmirBank"a 5 milyon ABŞ dolları ayırıb.
Tarix
2015.05.08 / 02:00
|
Müəllif
İlkin Həsənov
|