Yuxarı

Yeni yol çəkilir: Naxçıvan üçün mühüm şans - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni yol çəkilir: Naxçıvan üçün mühüm şans - Ekspert

İşğaldan azad olunan ərazilərimizdə daha bir avtomobil yolunun çəkilməsi üzrə layihələndirmə işlərinə başlanılıb. Yeni qurulacaq yol Horadiz-Mincivan-Ermənistan sərhədi avtomobil yoludur. Maraqlıdır, görəsən, yeni çəkiləcək bu yol ölkəmiz və ümumilikdə region üçün özündə hansı iqtisadi perspektivi ehtiva edir?

Məsələ ilə bağlı Axar.az-a danışan millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyib ki, Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqələrinin yaradılması baxımdan Horadiz-Mincivan arasında yeni avtomobil yolunun çəkilməsinə ehtiyac var:

“Bu, koridorun əhəmiyyətinin artırılması və yüklərin daşınması üçün çox vacibdir. Koridor vasitəsilə daha çox yükün Naxçıvan və Türkiyə, eyni zamanda Türkiyə vasitəsilə digər ölkələrə daşınması həyata keçirilə bilər. Bu, həm də işğaldan azad olunmuş torpaqlarımızın iqtisadi inkişafı baxımından vacibdir. Çünki həmin ərazilərə investisiyanın, xüsusən özəl sərmayənin cəlb edilməsinə ciddi ehtiyac var.

Nəqliyyat, logistik xidmətlərin formalaşdırılması, onların keyfiyyətinin artırılması və müasir standartlara uyğun yolların çəkilməsi işğaldan azad olunan ərazilərimizin inkişafı ilə yanaşı, bütövlükdə ölkəmizin inkişafına təsir edəcək. Bu, imkan verəcək ki, işğaldan azad olunan torpaqlarımızın iqtisadi potensialını daha qısa zamanda reallaşdırmaq mümkün olsun. Deyə bilərəm ki, biz infrastrukturun və nəqliyyat, logistik xidmətlərin formalaşması hesabına işğaldan azad olunmuş ərazilərimizin sürətli inkişafını müşahidə edə biləcəyik”.

Tarix
2020.11.30 / 17:43
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla