Yuxarı

Mərkəzi Bankla bağlı yeni qərar

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərkəzi Bankla bağlı yeni qərar

Azərbaycan Mərkəzi Bankının kapital ehtiyatları ilə bağlı qaydaları dəyişdirilir, yeni öhdəliklər müəyyənləşdirilir.

Bununla bağlı bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

Report-un verdiyi xəbərə görə, qanunun 10.3-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, AMB-nin kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15%-i miqdarında müəyyən edilməyəcək. Əvəzində, onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq.

Bundan başqa, qanuna bu 13.2-ci maddə əlavə edilir: "Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur".

Eyni zamanda, 14.2-ci maddəyə edilən dəyişikliyə əsasən, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.

Müzakırələrin yekununda qanun layihəsi yekdilliklə qəbul edilib.

Tarix
2015.05.15 / 12:46
Müəllif
Axar.az
Digər xəbərlər

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla