Yuxarı

İran da Azərbaycanın layihəsinə qoşulur

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran da Azərbaycanın layihəsinə qoşulur

Perspektivdə İran, İsrail və Kiprdə hasil olunan təbii qazın Trans-Anadolu boru kəməri vasitəsi ilə Avropa bazarına çıxarılması mümkündür.

Report xəbər verir ki, bunu bu gün Bakıda işə başlayan Xəzər neft-qaz beynəlxalq konfransında çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Nazir İranın TANAP-a qoşula biləcəyini xüsusi vurğulayıb: "İran regionda böyük potensialı olan bir ölkədir. Əgər proseslər belə davam edərsə, İran TANAP-a qoşula və öz qazını Avropaya çıxara bilər. Həmçinin İsrail və Kiprlə də danışıqlar aparmışıq. Onlar da gələcəkdə Türkiyə ərazisində Azərbaycan infrastrukturundan istifadə etməklə öz qazlarını Avropaya çıxara biləcəklərini deyir".

Bununla yanaşı N.Əliyev ABŞ hökuməti və Avropa İttifaqının daim bu layihəni dəstəklədiyini qeyd edib: "Biz dəfələrlə görmüşük və ABŞ Azərbaycanın enerji layihələrini dəstəklədiyini elan edib. Avropa İttifaqı da Azərbaycanın və digər Xəzəryanı ölkələrin neft-qaz layihələrini dəstəkləyir. Cənab Maroş Şefçoviç tez-tez bizim tədbirlərdə iştirak edir, daim bizi dəstəklədiyini göstərib və Türkmənistan qazının Avropaya nəqli üçün də dəstəyini əsirgəmir".

Tarix
2015.06.03 / 10:17
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla