Yuxarı

Zaqatalada yeni fındıq emalı fabriki yaradılır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaqatalada yeni fındıq emalı fabriki yaradılır

Azərbaycanda ixrac potensialı böyük olan və ölkəyə valyuta axınına töhfə verən kənd təsərrüfatı sahələrindən biri də fındıqçılıqdır. Bu baxımdan yeni texnologiyalardan istifadə etməklə fındıq istehsalının artırılması, fındıq məhsullarının yeni bazarlara çıxarılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

İqtisadiyyat Nazirliyindən Axar.az-a bildirilib ki, bu istiqamətdə görülən işlərdən biri də müasir texnologiyalara əsaslanan fındıq emalı müəssisələrinin yaradılmasıdır.

Belə müəssisələrdən biri də Agrarco MMC-nin Zaqatala rayonunda tikilən fındıq emalı fabrikidir. Hazırda müəssisədə son tamamlama işləri aparılır.

İldə 7 min ton fındıq ləpəsi emal etmək gücündə olan fabrikdə 150 iş yeri açılacaq.

Ümumi investisiya dəyəri 34,3 mln. manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib.

Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

Tarix
2021.03.05 / 17:45
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla