Yuxarı

Bu yataqda 1 milyard ton neftimiz var

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu yataqda 1 milyard ton neftimiz var

"Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının istismarı müddətində (1997-ci ilin noyabrından 2015-ci ilin 1 iyununa qədər) ümumi neft hasilatı 368 milyon ton təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə SOCAR-ın geologiya və geofizika üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. O, dövr ərzində həmçinin 109 milyard səmt qazının hasil edildiyini də bildirib:

"Blokdan orta günlük neft hasilatı 90 min ton neft və 34 milyon kub metr səmt qazı təşkil edir. AÇG istismarı müddətində Azərbaycan 200 milyon ton mənfəət neft əldə edib.

SOCAR-ın hesablamarına görə, AÇG-də 1 mlrd tona yaxın çıxarıla biləcək neft ehtiyatı var".

Qeyd edək ki, AÇG-nin işlənməsi üzrə müqavilə 20 sentyabr 1994-cü il imzalanıb və həmin ilin dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları bunlardır: BP (35,78% – operator), ABŞ-ın Chevron (11,27%), ExxonMobil (8,0006%), Hindistanın ONGC Videsh Limited (2,72%), Yaponiyanın Inpex (10,96%), Itochu (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin Statoil (8,56%), Türkiyənin TPAO (6,75%) şirkətləri.

Tarix
2015.06.11 / 08:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla