Yuxarı

Kapital Bank bu şəxslər üçün özünəxidmət sahəsi yaratdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kapital Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün növbəti yeniliyi təqdim edib. Ölkədə ilk dəfə olaraq Kapital Bank-ın biznes müştəriləri Mərkəz (Bülbül prospekti 60, Gülüstan Residence) və Bakıxanov (Bakıxanov qəsəbəsi, S Qocayev küçəsi 13A,B,C) filiallarında yaradılan 24/7 rejimində fəaliyyət göstərən xidmət sahəsindən istifadə edə bilərlər.

Axar.az xəbər verir ki, özünəxidmət sahəsinə giriş, NFC funksiyasını dəstəkləyən, əvvəlcədən qeydiyyata alınan xüsusi kartlar vasitəsilə mümkündür. Xidmət sahəsində müştərilərin mədaxil və məxaric əməliyyatlarının aparması üçün ATM və ADM avadanlıqları quraşdırılıb. Gələcəkdə analoji sahələr başqa filiallarda da təşkil ediləcək.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.

Tarix
2021.04.19 / 10:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla