Yuxarı

Azərbaycan İsraildə büro yaradır - Cabbarov

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Azərbaycanın üçüncü ən böyük ixracat istiqaməti olaraq qalır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri və Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov bildirib.

M.Cabbarov əlavə edib ki, Azərbaycan gələn il İsraildə turizm bürosu yaratmaq istəyir:

“Gizli deyil ki, ikitərəfli ticarətdə neft və qaz sahəsi mərkəzi yer tutur. Amma bunun daha da genişləndirilməsini istəyirəm.

Xüsusən də turizm, kənd təsərrüfatı və aqrotexnika sahəsində əməkdaşlığı genişləndirmək istəyirik. Həmçinin kiber müdafiə, təhsil, su ehtiyatları və səhiyyə sahəsində də əməkdaşlıq etmək istərdik.

2019-cu ildə əsası qoyulan və qısa müddətdə müsbət təsiri olan ikitərəfli iqtisadi əməkdaşlıq forumun fəaliyyətini yeniləmək niyyətindəyik. Bu baxımdan İsraildə turizm bürosunun açılmasının da əhəmiyyətli mesaj verəcək. Eynilə, texnologiya sahəsində də İsrail ilə əlaqələrin daha da yaxşılaşdırılmasında maraqlıyıq”.

Nazir həmçinin Azərbaycanda biznesə verilən dəstəkdən də söz açıb.

Qeyd edək ki, 2019-cu ildə İsraillə Azərbaycan arasında ticarət dövriyyəsi 1,4 mlrd ABŞ doları olub. Pandemiya səbəbindən ötən il bu göstəricilərdə (465,7 mln ABŞ dolları) geriləmə qeydə alınıb.

Tarix
2021.04.22 / 20:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla