Yuxarı

Kapital Bank yeni ödəmə şəbəkəsini təqdim edir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kapital Bank yeni ödəmə şəbəkəsini təqdim edir

Kapital Bank və rəqəmsal ödənişlər üzrə dünya lideri olan Visa şirkəti Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini istifadəyə verdi. Bu xidmət vasitəsilə Kapital Bank-ın korporativ və biznes müştəriləri, artıq şirkətlərarası və beynəlxalq köçürmələri sürətli, etibarlı və daha az əməliyyat xərcləri ilə göndərmək və qəbul etmək imkanı əldə edəcəklər.

Axar.az xəbər verir ki, Visa B2B Connect sistemi hesablaşmalar zamanı olan mövcud məhdudiyyətləri aradan qaldıraraq, köçürmə sürətini əhəmiyyətli dərəcədə artırır. Platforma eyni zamanda vəsaiti göndərənlərə və alanlara köçürmələrin şəffaf olmasını, cari vəziyyətini, pul axınına nəzarəti izləməyə imkan yaradır.

Təkmilləşdirilmiş təhlükəsizlik və dələduzluq hallarından qorunma bu unikal platformanın əsas xüsusiyyətlərindən biridir. Yeni innovativ sistemi tətbiq etməklə Kapital Bank, həm ölkənin rəqəmsal imkanlarının genişlənməsinə, həm də sahibkarlığın inkişafına öz töhfəsini verəcək. Qeyd edək ki, Visa B2B Connect hazırda dünyanın 80-dən çox bazarında mövcuddur.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2021.05.06 / 12:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla