Yuxarı

BP yeni müqavilə imzaladı – “Şahdəniz-2”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
BP yeni müqavilə imzaladı – “Şahdəniz-2”

BP "Şahdəniz-2" layihəsi çərçivəsində 300 milyon dollarlıq təchizat müqaviləsi imzalayıb.

Axar.az xəbər verir ki, sualtı hasilat sistemi avadanlıqlarının təchizatı üçün 297 milyon dollar dəyərində olan müqavilə FMC Kongsberg Subsea AS şirkəti ilə imzalanıb.

Bu müqavilə çərçivəsindəki işlərin həcminə sualtı manifoldlardan, əlaqədar idarəetmə bloklarından və birləşdirici avadanlıqlardan ibarət 3, 4 və 5 saylı hasilat kompleksləri üçün avadanlığın təchizatı daxildir. Avadanlıqların təchizatı 2016-cı ildən 2021-ci ilədək mərhələlərlə həyata keçiriləcək.

Yatağın tammiqyaslı işlənməsi üçün tələb olunan sualtı fontan armaturlarının və köməkçi vasitələrin planlaşdırılan üç partiyasından ikincisinin təchizatı üçün 66 milyon dollar dəyərində olan müqavilə OneSubsea (UK) Ltd şirkəti ilə imzalanıb. Avadanlıqların təchizatı 2016-cı ildən 2021-ci ilədək mərhələlərlə həyata keçiriləcək.

Qeyd edək ki, "Şahdəniz-2" müqaviləsinin ümumi dəyəri 28 milyarda yaxındır. Hazırda imzalanmış müqavilələrin ümumi dəyəri 12 milyarddan artıqdır.

Tarix
2015.06.24 / 13:41
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla