Yuxarı

Neft bahalaşır: Bakı üçün ən uyğun qiymət budur

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaksinasiyanın getdikcə artması və pandemiyanın nisbətən nəzarətə götürülməsi ilə yumşalmalar başlayıb və bu da dünyada neftə tələbatı artırıb. Hazırda qiymətlər 70 dollardan bahadır. Bahalaşma davam edə bilərmi?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, neft qiymətləri ilə bağlı proqnozların verilməsi siyasi və epidemioloji faktorlardan asılıdır.

“Son günlərdə neft qiymətlərinin 71 dollara çatmasının 2 səbəbi var. Birincisi OPEK+ ölkələri ilə əlaqədardır. Hamı gözləyirdi ki, dünyada pandemiyanın zəiflədiyi bir dövrdə OPEK+ ölkələri hasilatı kəskin artıracaq. Ancaq onlar əksinə olaraq hasilatın aybaay, cüzi miqdarlarda artırılacağı ilə bağlı qərar verdilər. Buna görə də birjalar buna reaksiya göstərdi və dünya bazarlarında neft qıtlığının olması ehtimalına görə qiymətlərin artmasını müşahidə etdik. Digər bir səbəb isə keçən həftə Amerika ilə İran arasında çərçivə sazişinin imzalanması gözləntisi idi. İran Prezidenti Ruhani sazişin imzalanacağı təqdirdə İranın bazara əlavə 2 milyon barrelə yaxın neft çıxardacağı açıqlamasını vermişdi. Ancaq bu saziş hələlik baş tutmadı və İran neftinin bazara çıxması gecikir”, - ekspert qeyd edib.

N.Cəfərlinin sözlərinə görə, yumşalmalar davam etsə, neftə tələbatın və qiymətlərin artması ehtimalı var:

“İyunun 15-dək İran-Amerika sazişinin detallarının açıqlanacağı gözlənilir. Bu saziş baş tutsa, əlavə 2 milyon barrel neftin bazara daxil olması və bununla da qiymətlərin sabitləşməsi, hətta yenidən 65 dollara qədər ucuzlaşmasının şahidi ola bilərik.

Qiymətlərin 70-80 dollar aralığında sabitləşməsi neft istehsalçıları və Azərbaycan üçün ən yaxşı ssenari hesab oluna bilər”.

Tarix
2021.06.04 / 08:45
Müəllif
Mirvari Əzizova
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla