Yuxarı

ABB-dən sahibkarlar üçün kampaniya

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daim iş adamlarına faydalı olmağa çalışan Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlar üçün yeni kampaniyaya başlayıb. Bankın elan etdiyi kampaniya “Sahibkarlara faydalı” adlanır. Kampaniya müddətində Bankın xidmət və məhsullarından yeni istifadə etməyə başlayan sahibkarlara SahibKart, Business/Korporativ kartı və əməkhaqqı kartları hədiyyə olaraq pulsuz veriləcək.

Axar.az xəbər verir ki, bundan başqa, Bankdan biznes krediti alan şirkət rəhbərlərinə, yaxud fərdi sahibkarlara TamKart Classic hədiyyə edilir, TamKart Gold, Platinum və Premium kartları isə 50% endirimlə təklif olunur.

Kredit məbləğindən asılı olaraq sahibkarlar Azərbaycan Beynəlxalq Bankından hədiyyə IBA Miles və ya Azercell kobrend kartı əldə etmək, yaxud bu kartları 50% endirimlə almaq fürsəti də qazanırlar.

Standart tarifə uyğun gələn müştərilərin ticarət və xidmət məkanlarındakı POS-terminallarda və ya onların veb resurslarında “Azericard” prosessinq mərkəzi tərəfindən xidmət göstərilən bank kartları ilə qəbul edilmiş ödənişlər zamanı 50%-dək komissiya güzəşti edilir. Kampaniya dövründə kreditin rəsmiləşdirilməsində isə müştərilər komissiyada – 50%-dək endirim güzəşti və 12 ayadək güzəşt müddəti qazanırlar. Kampaniya 30 iyun 2021-ci il tarixinə qədər keçərlidir. Bu barədə daha ətraflı

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2021.06.08 / 15:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla