Yuxarı

Bakı ilə milyardlıq dövriyyədən danışmalıyıq - Çijikov

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna-Azərbaycan İşgüzar Şurası hər iki ölkə tərəfindən onlarla biznes nümayəndəsini özündə birləşdirəcək. Bura müxtəlif sahələri əhatə edən biznes nümayəndələri daxildir.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu şuraya iki ölkə arasında hər zaman dostluq və möhkəm əlaqələrə malik münasibətlərin daha da fəal inkişafında maraqlı olan neft-kimya, aqrar, elmi və sair sayələr daxildir:

“Bu, pandemiya şəraitində daha da vacibdir. 2019-cu ilin dekabrında Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana tarixi səfərindən sonra Bakıda ən iri biznes forum baş tutub. Biz sahibkarlar da söz verdik ki, iki ölkə arasında əlaqələri daha da dəstəkləyəcəyik və daha fəal inkişaf etdirəcəyik. Düşünürəm ki, Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması hər iki ölkə başçısının qarşımıza qoyduğu mühüm tapşırıqlardan biri kimi, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün atılan addımlardan olacaq”.

G. Çijikov bildirib ki, əsas vacib məsələ isə budur ki, bu gün bu şuraya nəinki böyük biznes, həmçinin ən vacibi kiçik və orta biznes də qoşulur:

“Düşünürəm ki, biz əlaqələrimizi daha da gənc və yeni biznesi qoşmaqla genişləndirməliyik. Bu gün Azərbaycan və Ukrayna arasında mövcud olan 750-800 milyon ABŞ dollarında olan ticarət dövriyyəsi bizim mövcud dostluq, iqtisadi-ticari və qardaşlıq münasibətlərinə və əlaqələrinə uyğun deyil. Biz daha fəal işləməkdə və ticarət dövriyyəsinin həcmini artırmaqda maraqlıyıq”.

O qeyd edib ki, hazırda qarşıda duran məsələrlər sadə ticarət deyil, birgə müəssisələrin yaradılması və daha ciddi sahələrə - maşınqayırma, İT texnologiyalara yatırımlar etməkdir: “Bu isə olduqca vacibdir. Biz milyonlarla dollar olan ticarət dövriyyəsindən danışmamalıyıq, 1 milyard, iki milyard dollarlıq əməkdaşlıqdan danışmalıyıq. Bu bizim bizneslərin və ölkələrimizin gücündədir. Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması isə buna sadəcə bir təkan verəcək. Ukrayna şirkətləri isə uzunmüddətli Azərbaycan-Ukrayna iqtisadi-ticari əlaqələrinin inkişafında maraqlıdırlar”.

Tarix
2021.06.24 / 19:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla