Yuxarı

BVF rəhbəri iqtisadiyyatın bərpasından danışdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
BVF rəhbəri iqtisadiyyatın bərpasından danışdı

Beynəlxalq Valyuta Fondu (BVF) koronavirusun delta növünün yayılmasına baxmayaraq, 2021-ci ildə dünya iqtisadiyyatının "sürətli bərpasını" proqnozlaşdırmağa davam edir.

Axar.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonun Peterson Universitetində çıxışı zamanı BVF-nin direktoru Kristalina Georqiyeva deyib.

K.Georqiyeva bildirib:

"Əlbəttə ki, yeni delta ştammının bizə bir qədər narahatlıq yaratmasına baxmayaraq, 2021-ci ildə dünya iqtisadiyyatının sürətli bərpasını proqnozlaşdırırıq".

Onun sözlərinə görə, 2021-ci ildə dünya iqtisadiyyatının artımı üzrə proqnoz aprel ayı ilə eyni səviyyədə qaldı - 6 faiz:

"Apreldə 6 faiz idi, iyulda da 6 faiz səviyyəsində qaldı. Lakin aprel və iyul ayları arasındakı dövrdə bu 6 faizin tərkibi dəyişib. İndi proqnozlaşdırırıq ki, bəzi ölkələrdə artım daha sürətli olacaq. Bəzi ölkələrdə isə daha zəif olacaq".

Tarix
2021.07.21 / 21:21
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla