Yuxarı

İordaniyalı biznesmenlərdən Azərbaycana böyük maraq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İordaniyalı biznesmenlərdən Azərbaycana böyük maraq

Əmmanda İordaniya Biznesmenlər Assosiasiyasının prezidenti Həmdi Əl Təbbaa ilə Azərbaycanın bu ölkədəki səfiri Eldar Səlimov arasında keçirilən görüşdə iki ölkənin sahibkarları arasında əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.

Axar.az xəbər verir ki, azərbaycanlı diplomat iordaniyalı iş adamlarına işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, bir ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin təməlini qoyduğu Ələt Azad İqtisadi Zonası, ölkəmizin iqtisadi inkişafı, Azərbaycanın liderliyi ilə həyata keçirilən transmilli neft-qaz və kommunikasiya layihələri barədə məlumat verib. O qeyd edib ki, İordaniya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın böyük potensialı var və hər iki ölkənin sahibkarlarının geniş sərmayə imkanları mövcuddur. Səfir əlavə edib ki, dost ölkələr arasında ticarət dövriyyəsinin həcmi daha da artırılmalıdır.

Həmdi Əl Təbbaa deyib ki, onun rəhbərlik etdiyi assosiasiya Azərbaycanla iqtisadi əlaqələrin daha da inkişaf etməsinə töhfə verməyə hazırdır. O məlumat verib ki, assosiasiyanın nümayəndə heyəti Bakıya səfər edib və 2007-ci il iyulun 29-da Əmmanda AZPROMO ilə ixracatın və sərmayələrin artırılmasına dair sənəd imzalanıb. Əl Təbba azərbaycanlı iş adamlarını İordaniya iqtisadiyyatına investisiya qoymağa dəvət edib.

Tarix
2021.08.01 / 20:56
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla