Yuxarı

AİB Azərbaycan banklarına dəstək verməyə hazırdır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
AİB Azərbaycan banklarına dəstək verməyə hazırdır

Asiya inkişaf bankı (AİB) kredit xətləri çərçivəsində kiçik və orta biznesin, eləcə də ticarətin maliyyələşdirilməsi üzrə əməliyyatların dəstəklənməsi üçün əməkdaşlıq edəcək Azərbaycan banklarının siyahısını genişləndirmək hazırdır.

AİB-in Bakı nümayəndəliyinin rəhbəri Olli Noroyonoya bu barədə məlumat verir.

Bu gün həmin siyahı altı bankdan (Azərbaycan Beynəlxalq bankı, Access Bank, AGBANK, Bank of Baku, Dəmirbank və Bank Respublika) formalaşır.

"2013-ci ilə qədər ölkənin bank sektoruna açılmış kredit xətlərinin ümumi məbləği 40 milyon dollar təşkil edib ki, bu da artıq AİB-ə geri qaytarılıb," - Noroyono bildirib.

Onun sözlərinə görə, növbəti mərhələ ötən ilin iyul ayında Accessbanka kənd yerlərində mikro-, kiçik və orta biznesin dəstəklənməsi üçün beş il müddətinə 50 milyon dollar həcmində kreditin ayrılması olub. Qeyd olunan bank ölkənin əksər regionlarını əhatə edən geniş şəbəkə yaradıb.

AİB-in bank səhmdarlarının tərkibində iştirak etməklə bağlı planları hələlik yoxdur, Noroyono bildirib.
Asiya bankı özəl sektorun inkişafına dəstək vermək üçün Azərbaycan banklarının fəal maliyyələşdirilməsinə 2007-ci ildə başlayıb. (Trend)

Tarix
2014.01.07 / 00:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla