Yuxarı

Azərbaycan bu Avropa ölkəsi ilə əməkdaşlığı genişləndirir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 20-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Xorvatiya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı tikinti, qida, İKT və digər sahələrdə fəaliyyət göstərən 20-ə yaxın şirkətin nümayəndəsi iştirak edib.

Bu barədə Axar.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyində İqtisadi Məsələlər və İnkişaf Əməkdaşlığı üzrə baş direktor İvana Zivkoviç Azərbaycana səfərindən məmnunluğunu bildirib, keçirilən tədbirdə iş adamlarının fəal iştirakının əlaqələrin inkişafına marağın göstəricisi olduğunu, biznes forumun əməkdaşlığın genişləndirilməsinə, yeni əlaqələrin qurulmasına töhfə verəcəyini qeyd edib.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi, qeyri-neft sektoruna investisiya yatırımın artırılması istiqamətində AZPROMO tərəfindən görülən işlər barədə məlumat verib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan tədbirləri, bu sahədə agentliyin fəaliyyətini, eləcə də KOB sahəsində Xorvatiyanınn müvafiq qurumları və sahibkarlıq subyektləri ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Tarix
2021.10.20 / 18:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla