Yuxarı

Manatın ucuzlaşması vacibdir? - Sabiq nazirin cavabı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Manatın ucuzlaşması vacibdir? - Sabiq nazirin cavabı

Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyədə lirənin ucuzlaşması manata da təsirsiz ötüşmür. Buna baxmayaraq, enerji daşıyıcılarının qiymətinin qalxması və ölkənin valyuta ehtiyatlarının artması manata təzyiqləri neytrallaşdırmağa kifayət edir və manatın dollara nisbətdə kursu stabildir.

Bəzi iqtisadçı ekspertlər isə ölkə daxilində manatın alıcılıq qabiliyyətinin aşağı düşməsini əsas gətirərək, milli valyutanın ucuzlaşmasını təklif edirlər. Onların qənaətinə görə, milli valyutanın ucuzlaşması indiki vaxtda sahibkarların ixrac imkanlarını genişlədirə bilər.

Mövzu ilə bağlı Axar.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov isə bildirib ki, indiki şərtlərlə manatın ucuzlaşması dərhal bütün qiymətlərin yüksəlişinə və ölkədə sosial gərginliyin artmasına gətirib çıxara bilər:

“Manat üçün 2016-cı ildə müəyyən olunmuş 1 dollar – 1,7 manat kursu 5 ildir dəyişməz vəziyyətdədir. Neftin qiymətlərinin yüksəldiyi indiki dönəmdə manatın ucuzlaşması ehtimalı yoxdur. Belə bir ucuzlaşma yalnız hökumətin xüsusi təşəbbüsü ilə baş verə bilər. İndiki durumda isə buna qətiyyən ehtiyac görmürəm”.

Ekspert bildirib ki, son bir ildə rəsmi stastistikaya görə Azərbaycanda yoxsulluğun səviyyəsi 30%-ə qədər artıb:

“Ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin sürətlə artdığı indiki durumda manatın ucuzlaşması düzgün anlaşılmayacaq və daha böyük qiymət artımlarına gətirib çıxaracaq. Ona görə də hazırda dolların kursunun saxlanılması siyasətini doğru sayıram”.

Tarix
2021.10.25 / 14:45
Müəllif
Nazlı Onur
Oxunub
14 811
Digər xəbərlər

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla