Yuxarı

Neftin qiymətinin 60-70 dollar civarında olması... - Nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neftin qiymətinin 60-70 dollar civarında olması... - Nazir

Azərbaycan OPEK+ istehsalçılarının gələn ay gündəlik xam neft hasilatını 400 min barrel artırmaq planını dəstəkləyəcək.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Blumberq” agentliyinə müsahibəsində deyib.

“Biz hesab edirik ki, bu, sabitliyi qorumaq üçün ən optimal qərar olardı”, - nazir əlavə edib.

O, belə bir artımın bazar dəyişkənliyinin qarşısını almağa kömək edəcəyini bildirib:

"ABŞ, Hindistan və Yaponiya kimi əsas neft istehlakçıları Neft İxrac Edən Ölkələr Təşkilatını və onun tərəfdaşlarını, o cümlədən Rusiya və Azərbaycanı ötən il pandemiya zamanı razılaşdırılmış dərin ixtisarlardan sonra hasilatı daha sürətli artırmağa çağırır. Kartelin enerji nazirləri cümə axşamı görüşəcək".

Hasilatın daha sürətli artırılması ilə bağlı artan çağırışları şərh edən P.Şahbazov bildirib ki, istehsalın artırılması ilə bağlı istənilən qərar iqtisadi səbəblərə və bazarın hərtərəfli araşdırılmasına əsaslanmalıdır.

O qeyd edib ki, Avropada təbii qazın son yüksək qiymətləri neft məhsullarına tələbi artırsa da, artım hər rüb gündə 300-400 min barreldən çox deyil.

"Biz tələbatda kəskin artım müşahidə etmirik, çünki elektrik enerjisi istehsalçıları təbii qazı əvəz etmək üçün həmişə neft məhsullarını seçmirlər. Onlar həmçinin nüvə enerjisindən və kömürdən istifadə edirlər", - P. Şahbazov bildirib.

Nazirin fikrincə, neftin qiymətinin bir barrel üçün 60-70 ABŞ dolları civarında olması Azərbaycan və həmçinin dünya iqtisadiyyatı üçün məqbul ola bilər. "Brent" markalı neftin bir barreli hazırda 83 ABŞ dolları ətrafında satılır.

"Bizə çox yüksək qiymətlər lazım deyil. Ola bilsin ki, qiymətlər bu gün bir qədər yüksəkdir, amma gördüyünüz kimi, OPEK+ hər ay hasilatı artırır. Düşünürəm ki, bu, qiymətlərə təsir edəcək”, - P. Şahbazov qeyd edib.

Keçmiş Sovet İttifaqında Rusiya və Qazaxıstandan sonra üçüncü ən böyük neft istehsalçısı olan Azərbaycanın hasilatı on il əvvəllə müqayisədə gündəlik təxminən 1 milyon barreldən təxminən 700 min barrelə qədər azalıb. Şahbazov qeyd edib ki, Xəzər regionunda yeni neft layihələrinin icrasına başlandıqdan sonra ölkə növbəti onilliklərdə hasilatı sabit saxlayacağını gözləyir.

Tarix
2021.11.03 / 17:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

Zəngəzur dəhlizi ilə bir neçə məqsədə nail olacağıq

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla