Yuxarı

DYP əlilliyi olan şəxslərlə bağlı müraciət etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

3 dekabr tarixi dünyada “Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunur. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.

Bunu Axar.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, əlilliyi olan insanların hüquqlarının qorunması məsələsi isə geniş mənada başa düşülən anlayışdır:

"Belə ki bu kateqoryadan olan insanların sərbəst və təhlükəsiz hərəkətlərinin təmini məsələsi dövlət yol polisinin də daim diqqət mərkəzindədir. Hərəkətin bütün iştirakçılarından yol infrastrukturunda sağlamlıq imkanları məhdud olan şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmağı, yollarda hərəkətinin təhlükəsizliyinə hesablanmış yol nişanlarının, pandusların, sərnişin daşıma və parklama kimi məsələlərdə müəyyən edilən üstünlüklərinə cəmiyyət olaraq hər bir fərdin həssas münasibət göstərməsini xahiş edirik.

İnkuliziv həyat tərzinin əsas göstəricilərindən biri kimi hərəkətin təhlükəsizliyi və əlçatanlığını ictimai məsuliyyət hissi ilə təmin etməyi isə unutmamalıyıq. Bir-birimizə anlayışlı və diqqətli münasibət göstərmək isə sivil cəmiyyət olaraq inkişafımıza mütləq qaydada öz tövhəsini verməklə yanaşı formalaşan yeni nəsil üçün də nümunədir".

Bir daha sürücülərdən və hərəkətin bütün iştirakçılarından sağlamlıq imkanları məhdud olan şəxslərə yollarda diqqətli və nümunəvi münasibət göstərməyi, eləcə də yol hərəkəti qaydalarının tələblərinə əməl etməyi xahiş edirik!", - o vurğulayıb.

Tarix
2021.12.03 / 09:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla