Yuxarı

Dolların alış kursu qalxdı: manat ucuzlaşır?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dolların alış kursu qalxdı: manat ucuzlaşır?

Bankların dolların alış kursunu artırması göstərir ki, bəzi bankların özündə dollar tələbi yüksəlib. Bu, daha yüksək alış kursu isə bazardan daha çox dollar cəlb etməyə xidmət edir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov bəzi bankların dolların alış kursunu qaldırması ilə bağlı şərhində qeyd edib.

O bildirib ki, dolların nağd satış kursunun ciddi dəyişməməsi biznesdən kənar vayuta tələbinin hələlik yüksək olmadığı deməkdir.

“Dolların alış kursunun artması manatın məzənnəsinin dəyişməsinə gətirib çıxa bilərmi” sualına ekspert belə cavab verib:

“Azərbaycanda üzən valyuta rejiminə keçid başa çatmadığı üçün manatın kursu birbaşa Mərkəzi Bankın intervensiyası ilə müəyyənləşir. Yəni manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Tarix
2022.01.13 / 23:28
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay masası əsnasında söhbət ediblər - Foto

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Türkiyə Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib - Prezident

Bu tarixi səfərin əsas nəticəsi məhz budur - Prezident

Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik faktorudur - Əliyev

Ərdoğanın Qarabağ səfərində mühüm mesaj...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla