Yuxarı

Banklarda dollar satışı məhdudlaşdırıldı?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Banklarda dollar satışı məhdudlaşdırıldı?

Dollar satışının məhdudlaşdırılması yalnız istisna hallarda və Mərkəzi Bankın qəbul etdiyi müvafiq rəsmi qərar və təlimatlarla ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Elşən Bağırzadə banklarda dollar satışının məhdudlaşdırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatı şərh edərkən deyib.

Onun sözlərinə görə, belə bir qərar və ya təlimat yoxdur:

“Belə bir vəziyyətin yaranması üçün hər hansı iqtisadi əsas da yoxdur. Əgər hər hansı bank belə bir addım atıbsa, bu, tamamilə həmin bankın valyuta mövqeyi ilə bağlı ola bilər və bu da istənilən halda müvəqqətidir”.

İqtisadçının fikrincə, belə hallar olubsa da, bunu şişirdərək, bazarda ajiotaj yaratmaq doğru deyil:

“Ölkənin hazırkı makroiqtisadi göstəriciləri bazarda valyuta qıtlığının olmasını istisna edir. Mərkəzi Bank belə hallarda müvafiq açıqlama ilə çıxış etməli, mövcud vəziyyətə aydınlıq gətirməli və bazar subyektlərinin əsassısz gözləntilərini aradan qaldırmalıdır”.

Tarix
2022.01.19 / 13:42
Müəllif
Türkan Camal
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla