Yuxarı

TAP-la aldığımız qazı 10 milyarda çatdırmaq istəyirik

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
TAP-la aldığımız qazı 10 milyarda çatdırmaq istəyirik

Trans-Adriatik (TAP) boru kəməri ilə İtaliyaya idxal olunan təbii qaz həcmlərini illik 10 milyard kubmetrə çatdırmaq istəyirik.

Axar.az xəbər verir ki, bu sözləri İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano “La Repubblica” qəzetinə müsahibəsində deyib.

“TAP boru kəməri İtaliyaya enerji qiymətlərindəki artımların zərbəsini yumşaltmağa imkan verdi. TAP layihəsi haqqında danışmağa başlananda hələ ekoloji transformasiyada söhbət getmirdi. Bu gün təbii qaz ekoloji keçidi təmin edən əsas elementdir. Bugünkü vəziyyət məni bu fikirləri deməyə vadar edir - xoşbəxtlikdən TAP var. Biz TAP boru kəməri ilə təbii qaz tədarükünü ildə 7 milyard kubmetrdən 10 milyard kubmetrə çatdırmağı hədəfləyirik. Gələcək perspektivdə TAP boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması nəzərdə tutulur”, - Di Stefano bildirib.

Qeyd edək ki, TAP kommersiya qaz nəqlinə 2020-ci ilin dekabr ayında başlayıb. Bu vaxtadək boru kəməri ilə Avropaya 8 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql edilib və bu həcmin 7 milyard kubmetri İtaliyaya çatdırılıb.

Cənub Qaz Dəhlizinin sonuncu seqmentini təşkil edən TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır, yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.

Tarix
2022.02.13 / 13:42
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla